“Qarabağ"ın məşhur azarkeşi vəfat edib
“Qarabağ” klubunun fəal azarkeşlərindən biri kimi tanınan, sosial şəbəkələrdə aktivliyi ilə seçilən Zəfər Hacılının vəfat etdiyi bildirilib.
90plus.az xəbər verir ki, o, həyatını itirməzdən bir neçə gün əvvəl səhhətində ciddi problemlər yarandığını ictimaiyyətlə bölüşmüşdü. Paylaşımında nəfəs almaqda çətinlik çəkdiyini, güclü öskürək və boğulma hallarının baş verdiyini qeyd edərək təcili tibbi yardıma müraciət etdiyini yazmışdı.
Onun sözlərinə görə, hadisə yerinə gələn tibbi briqada saturasiya səviyyəsini yoxlayıb və nəticənin olduqca aşağı olduğunu müəyyənləşdirib. Buna baxmayaraq, Hacılı xəstəxanaya aparılmadığını iddia etmişdi. Bildirildiyinə görə, ona qızdırması yüksək olmadığı təqdirdə xəstəxanada qəbul olunmayacağı deyilib.
Zəfər Hacılı həmin paylaşımında baş verənlərlə bağlı araşdırma aparılmasının vacibliyini vurğulamışdı.
Hadisə ilə bağlı müvafiq qurumlara sorğu göndərildiyi qeyd olunur.
© Copyright 2026, All Rights Reserved