"Qarabağ"ın növbəti mərhələdəki rəqibi bəlli oldu

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının III təsnifat raundundakı rəqibi bəlli olub.
90plus.az xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gələcək.
“Şkendiya” bu mərhələyə çıxmaq üçün Rumıniyanın FCSB klubuna hər iki oyunda qalib gəlib – 1:0 və 2:1 hesabı ilə.
Qeyd: Bu mərhələnin ilk qarşılaşmaları 5-6 avqustda, cavab oyunları isə 12 avqustda baş tutacaq.
Xatırlatma: FKSB-nin prezidenti Cici Bekali "Qarabağ" haqqında, "Onlar bizim dişimizə görə rəqib deyil", demişdi.
© Copyright 2025, All Rights Reserved