"Qarabağ"ın oyunu norveçliyə həvalə olundu
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Qarabağ” – “Nyukasl” qarşılaşmasının hakim təyinatları müəyyənləşib.
90plus.az xəbər verir ki, oyunun baş hakimi norveçli Espen Eskaas olacaq. Ona yan xətdə Yan-Erik Engan və İsaak Elias Başevkin kömək göstərəcək. Dördüncü hakim vəzifəsini isə Siqurd Krinqstad icra edəcək. Hakimlər briqadası Norveçi təmsil edir.
“Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti saat 21:45-də səslənəcək.
Qeyd: Espen Eskaas daha əvvəl DÇ-2022-nin seçmə mərhələsində A qrupunda keçirilən Azərbaycan – İrlandiya (0:3) görüşünü də idarə edib.
© Copyright 2026, All Rights Reserved