"Qarabağ"ın oyunu Şimali İrlandiyadan olan hakimlərə tapşırıldı

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ" U-19 komandasının səfərdə "Benfika" ilə qarşılaşacağı oyunun hakimləri müəyyənləşib.
90plus.az xəbər verir ki, görüşü Şimali İrlandiyadan FİFA referisi Ceymi Robinson idarə edəcək. Ona yan xətt hakimləri Adam Ceffri və Brayan Uilson kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.
Qeyd: "Benfika" – "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved