"Qarabağ"ın oyununa 20 minə yaxın bilet satıldı
Bu gün günorta saatlarından etibarən Bakıda Azərbaycan təmsilçisi “Qarabağ” ilə İngiltərənin “Nyukasl” klubu arasında keçiriləcək Çempionlar Liqasının ilk pley-off oyunu üçün biletlər satışa çıxıb.
90plus.az xəbər verir ki, hazırda tutumu 31 mindən bir qədər çox olan Tofiq Bəhramov adına Respublika Stadionu üçün 18 750 bilet satılıb.
Biletlərin qiymətləri sektordan asılı olaraq 10, 15, 25, 35, 40, 50, 75, 200, 250, 300, 400 və 1000 manat arasında dəyişir. Onları yalnız onlayn şəkildə iTicket.az saytından və mobil tətbiqindən əldə etmək mümkündür.
Bilet almaqda çətinlik yaranarsa, azarkeşlər iTicket.az satış məntəqələrinə, Park Bulvar Ticarət Mərkəzində yerləşən “Qarabağ” fan-şopuna və Tofiq Bəhramov stadionunun kassalarına müraciət edə bilərlər. Oyuna giriş yalnız QR-bilet vasitəsilə mümkün olacaq.
Qeyd: “Qarabağ” – “Nyukasl” oyunu 18 fevral tarixində Tofiq Bəhramov stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved