"Qarabağ"ın oyununa 30 min bilet satıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Ferentsvaroş" (Macarıstan) matçına satılan biletlərin sayı açıqlanıb.
90plus.az xəbər verir ki, artıq təxminən 30 min bilet satılıb.
Biletlərin qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat arasındadır.
VVIP C və VVIP D sektorları üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manat təşkil edir.
Qeyd: "Qarabağ" – "Ferentsvaroş" oyunu avqustun 27-si saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandanın səfərdə oynadığı ilk qarşılaşmada "köhlən atlar" 3:1 hesabı ilə qalib gəlib.
© Copyright 2025, All Rights Reserved