"Qarabağ"ın Portuqaliyadakı oyunu belçikalılara tapşırıldı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda baş tutacaq "Benfika" (Portuqaliya) - "Qarabağ" qarşılaşmasının hakim heyəti müəyyən olunub.
90plus.az xəbər verir ki, UEFA-nın rəsmi saytına əsasən bu oyunu belçikalı FIFA hakimi Erik Lambrexts idarə edəcək.
Ona yan xətlərdə Co De Veird və Kevin Monteni yardımçı olacaqlar.
Natan Verbumen isə ehtiyat hakim kimi təyin edilib.
Qeyd: "Benfika" ilə "Qarabağ" arasında oyun sentyabrın 16-da "Estádio do SL Benfica" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved