"Qarabağ"ın Premyer Liqadakı rəqibləri uduzdu

İngiltərə Premyer Liqasında VI turun oyunları davam edir.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibləri olan "Çelsi" və "Liverpul" Premyer Liqada növbəti matçlarına çıxıblar.
1. “Çelsi” doğma meydanda “Brayton”u qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib və "Brayton" London təmsilçisini 3:1 hesabı ilə məğlub edib. “Brayton” geridən gələrək 10 nəfərlik “Çelsi”ni məğlub etdi!
“Çelsi” son 5 oyunda yalnız Birinci Liqa təmsilçisi “Linkoln Siti”yə qarşı qalib gəlib…
Dünya çempionu son 6 oyunda cəmi 6 xal toplayıb.
Çelsi 1-3 Brayton
E. Fernández 24'
D. Welbeck 77', 90+10'
M. De Cuyper 90+2'
Qollar:
https://t.me/doxsanplus/108309
https://t.me/doxsanplus/108321
https://t.me/doxsanplus/108330
2. Beş turdan sonra turnir cədvəlində maksimum nəticə ilə lider olan "Liverpul" isə səfərdə "Kristal Pelas"ın qonağı olub. Bu qarşılaşmada da “Qarabağ”ın rəqibi məğlubiyyətlə üzləşib – 1:2
“Kristal Pelas” bu mövsüm Premyer Liqa çempionunu məğlub edən ilk komanda oldu.
“Liverpul” bu mövsüm 83-cü dəqiqədən sonra 8 qol vurmuşdu, amma bu gün 97-ci dəqiqədə “Kristal Pelas”ın qoluna görə ilk dəfə Premyer Liqada xal itirdi:
Kristal Pelas 2-1 Liverpul
I. Sarr 9'
F. Chiesa 87'
E. Nketiah 90+7'
Qollar:
https://t.me/doxsanplus/108314
https://t.me/doxsanplus/108332
https://t.me/doxsanplus/108333
Altı turun yekununda 15 xal toplayan "Liverpul" turnir cədvəlinin lideridir. "Çelsi" isə 8 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd: “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Bakıda keçiriləcək. "Liverpul"la qarşılaşma isə 2026-cı il yanvarın 28-də İngiltərədə baş tutacaq.
© Copyright 2025, All Rights Reserved