"Qarabağ"ın rəqibi baş məşqçini qovdu
"Qarabağ"ın rəqibi “Ayntraxt” Dino Topmölleri istefaya göndərdi.
90plus.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” klubu baş məşqçi Dino Topmöller ilə yollarını ayırıb. Frankfurt təmsilçisinin bu qərarı son nəticələrlə bağlı narazılıq fonunda verilib.
Komanda son 9 oyunda cəmi 1 qələbə qazana bilib və bu uğursuz seriya klub rəhbərliyinin səbir kasasını doldurub. Nəticədə baş məşqçi postunda dəyişiklik edilməsi qərara alınıb.
Qeyd: Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” yanvarın 21-də Bakıda Azərbaycan çempionu ilə qarşılaşacaq. Frankfurt klubunun bu oyuna yeni baş məşqçi ilə çıxacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved