"Qarabağ"ın rəqibi UEFA tərəfindən cərimələndi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Şelburn” klubu UEFA tərəfindən cərimələnib.
90plus.az xəbər verir ki, bu qərar Şimali İrlandiyanın “Linfild” komandası ilə keçirilən 1-ci təsnifat mərhələsinin ilk oyunu zamanı baş verən hadisələrlə bağlı verilib. Dublindəki “Tolka Park” stadionunda azarkeşlərin keçid yollarını bağlaması səbəbindən UEFA İrlandiya çempionunu 4000 avro (təxminən 8000 manat) məbləğində cərimələyib.
Xatırlatma: “Qarabağ” “Şelburn”la ilk oyunda 3:0 hesablı inamlı qələbə qazanıb.
Tərəflər arasında cavab qarşılaşması iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved