"Qarabağ"ın rəqibi yeni transferini açıqladı

Emerik Laport yenidən “Atletik”ə qayıdıb.
90plus.az xəbər verir ki, İspaniyanın “Atletik” klubu 31 yaşlı müdafiəçi Emerik Laportun “Əl-Nəssr”dən transferini rəsmən açıqlayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Daha əvvəl Səudiyyə Ərəbistanı təmsilçisi transferlə bağlı məlumatı FİFA-nın Transferlərin Uzlaşdırılması Sisteminə (TMS) gec təqdim etdiyindən, FIFA futbolçunun qeydiyyatına icazə verməmişdi. Lakin bu qərar sonradan dəyişdirilib və Laportun qeydiyyatı rəsmiləşdirilib.
Xatırlatma: Fransalı futbolçu 2010–2018-ci illər ərzində “Atletik” klubunun heyətində çıxış etmiş, ardından “Mançester Siti”yə transfer olunmuşdu.
Qeyd: "Qarabağ" bu komanda ilə oktyabrın 22-i səfərdə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved