“Qarabağ”ın rəqibində ciddi itki var

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Atletik” ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, komandanın müdafiəçisi Yeray Alvares UEFA tərəfindən 10 ay müddətinə futboldan kənarlaşdırılıb.
30 yaşlı futbolçu Avropa Liqasının “Mançester Yunayted”lə (0:3) oyunundan sonra dopinq-testində qadağan olunmuş maddəyə görə müsbət nəticə göstərib.
UEFA araşdırmasında Alvaresin bunu bilərəkdən etmədiyi üzə çıxıb. Maddənin onun orqanizminə saç tökülməsinin qarşısını almaq üçün nəzərdə tutulan və partnerinə məxsus dərmandan yanlış istifadə səbəbilə daxil olduğu müəyyən edilib.
Təcrübəli müdafiəçi yalnız 2026-cı ilin aprelində komandaya qoşula biləcək.
© Copyright 2025, All Rights Reserved