"Qarabağ"ın rəqibində uzaqlaşdırma şoku - Dopinq skandalı

UEFA "Atletik"in futbolçusu Yeray Alvaresi 10 aylıq diskvalifikasiya edib.
90plus.az xəbər verir ki, buna səbəb ispaniyalı müdafiəçinin dopinq qaydalarını pozması olub. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Alvaresin ötən mövsüm UEFA Avropa Liqasının yarımfinalında "Mançester Yunayted"ə qarşı keçirilən ilk görüşdən sonra verdiyi dopinq nümunəsi müsbət nəticə verib. 30 yaşlı mərkəz müdafiəçisinə tətbiq olunan cəza 2 iyun tarixindən qüvvəyə minib.
Xatırlatma: "Atletik" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Azərbaycan çempionu ilə Bilbao klubunun qarşılaşması oktyabrın 22-də səfərdə keçiriləcək.
© Copyright 2025, All Rights Reserved