"Qarabağ"ın rəqibində zədə şoku

"Ayntraxt Frankfurt"da zədə şoku – "Qalatasaray"la oyunda əsas futbolçu iştirak etməyəcək.
90plus.az xəbər verir ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının qrup mərhələsində bu həftə "Ayntraxt Frankfurt"la qarşılaşacaq. Lakin Almaniya təmsilçisi vacib oyun öncəsi ciddi itkisi ilə üzləşib.
"Leverkuzen"lə keçirilən matçın 10-cu dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk edən Rasmus Kristensenin əzələsində problem aşkarlanıb. "Ayntraxt Frankfurt" klubunun rəsmi sosial media hesabında Danimarkalı müdafiəçinin bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
"Qalatasaray" qarşısında oynaması real görünmür
Rasmus Kristensenin 18 sentyabr, cümə axşamı günü baş tutacaq "Qalatasaray" – "Ayntraxt Frankfurt" qarşılaşmasında iştirak etməsi gözlənilmir. Bu isə Almaniya klubu üçün önəmli bir itki hesab olunur.
© Copyright 2025, All Rights Reserved