“Qarabağ”ın U-19-u da “Kopenhagen”lə qarşılaşır

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxır.
90plus.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi gənclər komandası 2-ci tur çərçivəsində Bakıda “Kopenhagen”i qəbul edəcək. Matç “Azərsun Arena”da keçiriləcək və saat 14:00-da start götürəcək.
Qeyd: Qarabağ” U-19 komandası ilk turda səfərdə “Benfika” ilə üz-üzə gəlmişdi və Portuqaliya təmsilçisi 7:1 hesabı ilə qalib olmuşdu.
Həmin turun digər qarşılaşmasında isə “Kopenhagen” evdə Almaniyanın “Bayer” klubuna 0:2 hesabı ilə uduzub.
© Copyright 2025, All Rights Reserved