"Qarabağ"ın yeni transferi sıradan çıxdı

"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Conatan Montiel son məşq zamanı zədələnib.
90plus.az xəbər verir ki, futbolçunun zədəsinin ciddi olduğu məlum olub. Müayinə nəticəsində Montielin bud əzələsində gərginlik aşkar edilib.
Bu səbəbdən 26 yaşlı futbolçunun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Qeyd: Conatan Montiel bu mövsümün əvvəlində "Qarabağ"a transfer olunub. Lakin tam hazır olmadığı üçün indiyədək yeni komandasında rəsmi oyuna çıxmayıb.
© Copyright 2025, All Rights Reserved