Qarayev ailəsində ağır itki
Tanınmış futbolçu və U-21 millisinin məşqçisi Qara Qarayev ağır itki ilə üzləşib.
90plus.az xəbər verir ki, mütəxəssisin atası Elxan Qarayev vəfat edib. Bildirilir ki, o, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.
Qeyd: Hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi olan Qara Qarayev uzun illər ərzində "Qarabağ" və "Neftçi" klublarında, həmçinin əsas millinin əsas üzvlərindən biri olub.
© Copyright 2026, All Rights Reserved