Qarnaço addım-addım "Çelsi"yə

Alexandro Qarnaço artıq yaxın ətrafına “Çelsi”yə transfer olunacağını bildirib.
90plus.az xəbər verir ki, London klubu "Mançester Yunayted"in cinah hücumçusundan səbirli olmağı və rəsmi müqavilə imzalanmazdan öncə gözləməyi istəyib. Gözlənilir ki, qarşıdakı günlərdə tərəflər arasındakı danışıqlar daha intensiv mərhələyə keçəcək (“talkSPORT” ).
“Mançester Yunayted” argentinalı futbolçunun transferi üçün təxminən 50 milyon funt sterlinq tələb edir. Bununla belə, “Çelsi” Qarnaçonun baş məşqçi Ruben Amorimlə münasibətlərində yaşanan gərginliyin qiymətin endirilməsinə səbəb ola biləcəyinə ümid edir.
Xatırlatma: 20 yaşlı futbolçu ötən Premyer Liqa mövsümündə 36 matçda 6 dəfə rəqib qapısına yol tapıb.
© Copyright 2025, All Rights Reserved