Qarnaço “Bayern”ə “YOX” dedi, “Çelsi”yə “HƏ”!

"Çelsi" Alexandro Qarnaço üçün "Man Yunayted" ilə danışıqları sürətləndirir.
90plus.az xəbər verir ki, "Çelsi" klubu Qarnaçonun transfer razılaşmasına nail olmağa yaxındır.
Xəbərə görə, "Yunayted"in baş icraçı direktoru Berrada ilə “Çelsi” rəhbərliyi arasında əla münasibətlər mövcuddur ki, bu da danışıqları asanlaşdırır.
Qarnaço yalnız “Çelsi”də oynamaq istəyir və son 48 saatda "Bayern"in təklifini rədd edib. Beləliklə, onun Almaniya klubuna keçməsi mümkün deyil.
© Copyright 2025, All Rights Reserved