Qarnaçonun “Çelsi”yə çatmasına az qalıb

“Çelsi” Qarnaço transferində yekun mərhələdədir.
90plus.az xəbər verir ki, “Çelsi” Alexandro Qarnaçonun transferi üçün “Mançester Yunayted”lə danışıqları sürətləndirib. Fabrizio Romanonun məlumatına görə, tərəflər hazırda transfer məbləği üzərində razılıq axtarır.
22 yaşlı argentinalı vinger yalnız “Çelsi”də oynamaq istədiyini klub rəhbərliyinə çatdırıb.
Futbolçu ilə şəxsi şərtlər artıq razılaşdırılıb və bu yay onun “zadəganlar”ın heyətinə qatılması böyük ehtimalla baş tutacaq.
© Copyright 2025, All Rights Reserved