Qaşım: “Fəxr edirəm"

Paris-2024 Yay Olimpiadasında gümüş medal qazanmış taekvondoçumuz Qaşım Maqomedov hava limanında qarşılanma zamanı təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, taekvondoçumuz bunları söyləyib:
"Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil".
"Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq".
"İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm".
Qeyd: Paris Yay Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb: 2 qızıl, 2 gümüş və 3 bürünc. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb.
© Copyright 2025, All Rights Reserved