Qaşım: “Uşaqlıqdan bunu xəyal edirdim”

"Paris-2024" Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, 58 kq çəkidə yarışan Qaşım buna inana bilmədiyini söyləyib:
"Hisslərimi sözlə ifadə edə bilmirəm. Olimpiadanın finalında olduğumu anlamaq çətindir. Uşaqlıqdan bunu xəyal edirdim. Düşünürdüm ki, bu, qeyri-mümkündür. Ancaq tribunada olanların mənə görə sevindiyini gördüm. İnsanın uğuruna kiminsə heyran olması, dəstəkləməsi fantastikdir. Tanrıya şükür edirəm. İnanıram ki, Vətənə Olimpiya çempionu olaraq dönəcəyəm".
Qeyd: Qaşım Maqomedovun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq. Görüş saat 23:37-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved