Qasperini: “Bu bildiyimiz futbol deyil”

Çempionlar Liqasının ilk pley-off oyununda Belçikada "Brügge"yə 1-2 hesabı ilə uduzan "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini matçdan sonra haqsızlıqdan danışıb.
90plus.az xəbər verir ki, 65 yaşlı itaıiyalı mütəxəssis indiki futbolu bəyənmədiyini deyir:
"Futbol elə bir istiqamətə gedir ki, onu kimin idarə etdiyini bilmirəm və bu artıq bildiyimiz futbol deyil.
Futbolçular haqsız üstünlük qazanmaq üçün özlərini yerə atırlar. Bu, futbol deyil".
📰: TNT Sports
© Copyright 2025, All Rights Reserved