Qasperini “Roma”ya doğru…

Can Pyero Qasperini "Roma" ilə danışıqlar aparır – "Atalanta" ilə yollar ayrılır...
90plus.az xəbər verir ki, son saatlarda "Roma" klubu ilə Qasperini arasında müsbət danışıqların aparıldığı və yekun razılaşmanın yaxın olduğu bildirilir.
Can Pyero Qasperini 2016-cı ildən bəri "Atalanta"nın baş məşqçisi olaraq klubun tarixində əhəmiyyətli bir dövrə imza atdı. Onun rəhbərliyi altında "Atalanta" 2024-cü ildə UEFA Avropa Liqasını qazanaraq böyük bir uğura imza atdı.
Lakin Qasperini mövcud müqaviləsinin 2026-cı ilə qədər davam etməsinə baxmayaraq, yeni müqavilə imzalamayacağını və mövsüm sonunda klubdan ayrılma ehtimalının yüksək olduğunu açıqlayıb.
"Roma" isə mövsüm sonunda baş məşqçi Klaudio Ranierinin vəzifəsini tərk edəcəyini və klubda idarəçi roluna keçəcəyini açıqlayıb. Ranieri Qasperini ilə əlaqə saxlayaraq onun "Roma"nın baş məşqçisi vəzifəsinə keçməsi üçün ilkin danışıqlar aparıb.
Qasperini isə "Roma" haqqında danışarkən, "Roma? Kim bu klubu çalışdırmaq istəməz ki? Bu, möhtəşəm bir şəhər və fantastik azarkeşlərə sahib bir klubdur," deyə bildirib.
📰: Football İtalia; Reuters; beİN Sports
© Copyright 2025, All Rights Reserved