Qattuzodan stadion seçimi ilə bağlı AÇIQLAMA
İtaliya millisində stadion seçimi ilə bağlı müzakirələr davam edir.
90plus.az xəbər verir ki, baş məşqçi Cennaro Qattuzo 2026-cı il Dünya Çempionatının Avropa zonası pley-off mərhələsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun üçün verdiyi qərara görə tənqid olunub.
Belə ki, təcrübəli mütəxəssis bu vacib qarşılaşmanı "San Siro" əvəzinə "Atalanta"nın stadionu olan Berqamo şəhərində keçirməyi seçib. Bu qərar İtaliya mətbuatında narazılıqla qarşılanıb.
Cennaro Qattuzo isə tənqidlərə belə cavab verib: “Baxın, həmin stadionu şəxsən mən seçdim və federasiya da məni dəstəklədi. "San Siro"da "İnter" və "Milan" azarkeşləri var. Orada pis ötürmə etdiyin anda dərhal fitə basırlar.
Berqamo isə tam fərqli mühitdir. İlk oyunumda azarkeşlər məni böyük dəstək ilə qarşıladılar. Rəqiblər üçün əsl ‘cadı qazanı’ olacaq stadion istədim. Ümid edirəm ki, bu qərarımızda yanılmarıq.”
© Copyright 2026, All Rights Reserved