"Qəbələ" Fil Dişi Sahillərindən futbolçu aldı

Yeni mövsüm üçün transfer işlərini sürətləndirən “Qəbələ” heyətinə daha bir futbolçunu əlavə edib.
90plus.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua bölgə təmsilçisi ilə rəsmi müqavilə bağlayıb.
28 yaşlı afrikalı futbolçu karyerası ərzində "ASEK Mimosas" (Fil Dişi Sahili), Fransanın "Lille B" və "Kan", Danimarkanın "Vejle", Çexiyanın "Karvina" və "Viktoria Plzen", eləcə də Polşanın "Lex" klublarının formasını geyinib.
O, bu komandalarla birlikdə ümumilikdə 260 matçda meydana çıxıb, 26 qola imza atıb və 40 məhsuldar ötürmə ilə yadda qalıb.
Ba Loua həmçinin Fil Dişi Sahilinin U-16 və U-20 yığmalarında da çıxış edib.
Xatırlatma: “Qəbələ” bundan əvvəl Prins Ovusu, Paulo Kimbila və İsaak Amoanı heyətinə qatıb.
© Copyright 2025, All Rights Reserved