"Qəbələ" futbolçusu ilə yolları ayırdı

"Qəbələ" klubu Urfan İsmayılovla əməkdaşlığını sona çatdırıb.
90plus.az yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Bu barədə klubun mətbuat xidmətindən açıqlama verilib.
2024-cü ilin yayından "qırmızı-qaralar"ın şərəfini daşıyan Urfan, "Qəbələ"də keçirdiyi 27 matçda 1 qol qeydə alıb.
"Qəbələ" klubunun rəhbərliyi İsmayılova təşəkkürünü bildirərək, ona gələcək karyerasında yeni uğurlar arzulayıb.
© Copyright 2025, All Rights Reserved