“Qəbələ” ilk transferini açıqladı
“Qəbələ” qış fasiləsində ilk transferini açıqlayıb.
90plus.az xəbər verir ki, “Qəbələ” klubu qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb. Klubun yaydığı məlumata görə, Seneqal əsilli mərkəz müdafiəçisi Seydina Keyta heyətə cəlb olunub.
Tərəflər arasında 6 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb. Müdafiəçinin son iş yeri Litvanın “Panevejis” klubu olub. Keyta karyerası ərzində Küveytdə “Al Tadamon”, Latviyada “Liepaya”, Norveçdə “Mölde” və vətənində “Diambars” forması da geyinib.
Qeyd: Seydina Keyta “Qəbələ”də 33 nömrəli forma ilə çıxış edəcək.
© Copyright 2026, All Rights Reserved