“Qəbələ” nigeriyalı hücumçu aldı
“Qəbələ” qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib. Klubun yaydığı rəsmi məlumata əsasən, “qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinadeni transfer edib.
90plus.az xəbər verir ki, 31 yaşlı forvardla 1 il 6 ay müddətinə müqavilə imzalanıb.
Peşəkar karyerasına İrlandiyada start verən Akinade ilk olaraq “Bray Wanderers”in formasını geyinib. Daha sonra o, bu ölkənin digər klubları — “Bohemians” və “Waterford”da çıxış edib. Hücumçunun son dayanacağı isə Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olub.
Akinade “Andijon”un heyətində ölkə çempionatında meydana çıxdığı 12 qarşılaşmada 2 dəfə rəqib qapılarını silkələyib, 1 qolun isə ötürməsini verib. Nigeriyalı forvard eyni zamanda Asiya Çempionlar Liqasında da çıxış edərək 6 oyunda 1 qol vurub.
Qeyd: "Qəbələ” qış transfer pəncərəsində bundan əvvəl müdafiəçi Seydina Keytanı da heyətinə qatmışdı.
© Copyright 2026, All Rights Reserved