"Qəbələ" və "Karvan" xalları bölüşdü
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində daha bir oyun baş tutub.
90plus.az xəbər verir ki, günün ikinci matçında "Qəbələ" öz meydanında "Karvan-Yevlax"la üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qonaqlardan İmani Barker 26-cı dəqiqədə hesabı açıb. Meydan sahibləri isə 37-ci dəqiqədə Seydina Keyta ilə tarazlığı bərpa edib.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra "Qəbələ" xallarının sayını 16-ya çatdıraraq 10-cu pillədə qərarlaşıb. Qonaqlar isə 7 xalla turnir cədvəlində sonuncu, 12-ci sıradadır.
Günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.
Turun oyunları martın 1-də yekunlaşacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 3:0, "Zirə" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
© Copyright 2026, All Rights Reserved