"Qəbələ"nin futbolçusu oyundan əvvəl mükafatlandırıldı
“Misli” və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə keçirilən “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunu vurmuş Domi Massumo mükafatlandırılıb.
90plus.az xəbər verir ki, məlumat PFL-in mətbuat xidmətindən verilib.
“Qəbələ” klubunun oyunçusuna mükafat Misli Premyer Liqasının XXII turu çərçivəsində “Qəbələ” – “Karvan-Yevlax” matçından əvvəl “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.
© Copyright 2026, All Rights Reserved