Qolun ssenarisi paltardəyişmə otağında qurulubmuş
Arda Güler Rumıniya qarşısında 1-0 qələbənin qolunu vuran Ferdi Kadıoğluna möhtəşəm assistindən danışdı.
90plus.az xəbər verir ki, Türkiyə millisinin üzvü Arda Güler Rumıniya ilə oyundan sonra Ferdi Kadıoğluna etdiyi əfsanəvi assisti şərh edib. O, bildirib ki, Ferdi qaçışını əvvəlcədən planlaşdırmışdı:
“Ferdi inanılmaz bir qaçış etdi. Fasilədə bunu danışmışdıq. Rəqib çox qapanırdı, müdafiəni açmalı idik. Ferdi qardaşım ‘Arda, sən topu yollayanda mən qaçacağam’ demişdi”, – deyə Güler qeyd edib.
Ferdi Kadıoğlu da bu planı təsdiqləyib: “Topu qəbul edən kimi qaçışı edəcəkdim.”
Arda Güler görüşdən sonra xoşbəxtliyini vurğulayıb: “Gəlin, türkcə danışaq. Çox xoşbəxtik!” Ferdi isə əlavə edib: “İrəli, Türkiyə! Hamımız birlikdə!”
Qeyd: Bu assist və vurulan qol Türkiyə millisinin Rumıniya üzərindəki qələbəsini və dünya çempionatının pley-offunun finalına aparıb.
© Copyright 2026, All Rights Reserved