Qonsalo Qarsiya “Real”a lazım deyil
“Real Madrid” hücumçunu göndərir – qərar artıq verilib.
90plus.az xəbər verir ki, “Real Madrid” rəhbərliyi gənc hücumçu Qonsalo Qarsiya ilə bağlı yekun qərarını verib. Klubun planlarına əsasən, futbolçu növbəti mövsüm üçün heyətdə nəzərdə tutulmur və yay transfer pəncərəsində özünə yeni komanda tapmalı olacaq.
Mənbənin məlumatına görə, bu qərar futbolçunun yaxşı çıxışına baxmayaraq dəyişməyib. Qarsiya son dönəmdə 18 startda 15 qol+assist (qol töhfəsi) ilə diqqət çəkib. Bundan əlavə, o, 2025-ci ildə keçirilən Klubların Dünya Çempionatında 4 qolla bombardir olub.
Bununla belə, Madrid klubunun planları fərqlidir. “Kral klubu” Endrikin "Lion"dan qayıdışını gözləyir və onun əsas hücum variantlarından biri olacağını düşünür. Bu səbəbdən Qarsiyanın komandada qalmaq şansı demək olar ki, yoxdur.
Məlumatı tanınmış jurnalist Mario Korteqana yayıb.
© Copyright 2026, All Rights Reserved