Qovulan Maskerano maraqlı üsula əl atdı

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Liqalar Kubokunun “Tigres” ilə matçında texniki zonadan qovulub.
90plus.az xəbər verir ki, argentinalı mütəxəssis maraqlı çıxış yolu tapıb. O, texniki zonanın düz arxasındasında azarkeşlər üçün nəzərdə tutulan oturacaqda əyləşib və telefon vasitəsilə köməkçisinə tapşırıqlarını çatdırıb.
VİDEO: https://t.me/doxsanplus/106477
“İnter Mayami” penaltilərdən vurduğu 2 qol sayəsində Meksika klubuna 2:1 hesabı ilə qalib gəlib.
© Copyright 2025, All Rights Reserved