Qərb derbisini “Turan” uddu
Bu gün Misli Premyer Liqasında 16-cı tura start verilib. İlk oyun gününün yeganə qarşılaşması Qərb derbisi olub.
90plus.az xəbər verir ki, Yevlax şəhər stadionunda “Kəpəz” əzəli rəqibi “Turan Tovuz”u qəbul edib:
Kəpəz 0 - 2 Turan
Alexandro Serrano 6’
Joarlem Santos 47’
Qollar: https://t.me/doxsanplus/112571
Matça sürətli başlayan “Turan Tovuz” artıq 6-cı dəqiqədə hesabı açıb. Alexandro Serrano uzaq məsafədən dəqiq zərbə ilə “Kəpəz”in qapısını silkələyib. İkinci hissənin əvvəlində isə Joarlem Santos fərqi iki topa çatdıraraq oyunun taleyini həll edib.
Bu nəticə ilə “Turan Tovuz” turnir cədvəlində mövqeyini möhkəmləndirib, “Kəpəz” isə növbəti turlarda itirilən xalları bərpa etməyə çalışacaq.
© Copyright 2025, All Rights Reserved