Qrizman La Liqa tarixinə adını yazdırdı
İspaniya La Liqasının 11-ci turunda “Sevilya” üzərində əldə olunan 3:0 hesablı qələbə “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün xüsusi əhəmiyyət daşıyıb.
90plus.az xəbər verir ki, qarşılaşmada fərqlənən fransalı futbolçu çempionatda 200-cü qolunu vuraraq əlamətdar göstəriciyə imza atıb. Beləliklə, Qrizmann La Liqada bu rəqəmə çatan 6-cı legioner olub.
Ondan əvvəl bu uğura yalnız 5 əcnəbi futbolçu nail olub: Alfredo Di Stefano (Argentina – 227 qol), Uqo Sançes (Meksika – 234), Kərim Benzema (Fransa – 238), Kriştiano Ronaldo (Portuqaliya – 311) və Lionel Messi (Argentina – 474).
© Copyright 2025, All Rights Reserved