Qrizmanın yeni adresi bəlli oldu
İspaniya təmsilçisi “Atletiko Madrid”də Antuan Qrizman ilə yollar ayrılmağa yaxındır.
90plus.az xəbər verir ki, fransalı ulduz futbolçu yeni mövsümdən etibarən karyerasını ABŞ-da davam etdirəcək. Onun MLS təmsilçisi “Orlando Siti” ilə razılığa gəldiyi bildirilir.
Tərəflər arasında 2 illik müqavilə üzrə anlaşma əldə olunub. 35 yaşlı hücumçunun yeni klubunda 7 nömrəli formanı geyinəcəyi qeyd edilir.
Hazırda “Atletiko Madrid” ilə daha 1 illik müqaviləsi olan Qrizmanın yaxın günlərdə ABŞ-a gedərək transferini rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd: Təcrübəli futbolçu cari mövsümdə 43 oyuna çıxıb, 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved