Qumarbaz üçlük: Neymar, basketbolçu və boksçu

"Əl-Hilal"ın braziliyalı ulduz hücumçusu Neymar "Mayami Hit"in basketbolçusu Cimmi Batler və meksikalı amerikalı ulduz boksçu Rayan Qarsiya ilə birgə poker oynayıblar.
90plus.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Batler ardıcıl 120.000 və 80.000 dollar dəyərində nəğd pul qazanıb.
Maraqlıdır ki, hər üç idmançı karyerasında eniş yaşayır:
1. Neymar keçən ildən zədəsinə görə müalicə alır və reabilitasiya prosesinin ləngidiyi barədə məlumatlar yayılıb.
2. Batler də zədə səbəbindən NBA pley-off mərhələsinin ilk raundunu buraxıb.
3. Qarsiya isə apreldən bu yana narkotik testindən keçə bilmədiyi üçün ən azı bir illik diskvalifikasiya edilib.
© Copyright 2025, All Rights Reserved