Qurban Qurbanov 15 yaşlı Əlini də toplanışa cəlb edib
Qurban Qurbanov “Qarabağ”ın Antalya toplanışına 15 yaşlı Əli Bəşirovu da aparıb.
90plus.az xəbər verir ki, yarımmüdafiəçi mövqeyində çıxış edən Əli Bəşirov hazırda “Qarabağ”ın U-19 komandasında forma geyinir. O, eyni zamanda Azərbaycanın U-16 millisinin də üzvüdür. Gənc futbolçunun əsas komanda ilə toplanışa qatılması klubun akademiya futbolçularına verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
Ağdam təmsilçisi Antalya hazırlıq mərhələsi çərçivəsində iki yoxlama oyunu keçirməyi planlaşdırır. Yanvarın 12-də komanda Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 17:00-da, Bakı vaxtı ilə isə 18:00-da başlayacaq.
Yanvarın 16-da isə “Qarabağ” Polşanın “Zaqlebie Lubin” klubu ilə yoxlama matçı keçirəcək. Bu oyun yerli vaxtla 18:00-da, Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Qeyd: “Qarabağ”ın Antalya toplanışı yanvarın 17-dək davam edəcək.
© Copyright 2026, All Rights Reserved