Qurban Qurbanov: "Anam məni Qurban Qurbanov kimi dünyaya gətirib"
Qurban Qurbanov "Çelsi" ilə oyundan sonra maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 4-cü turunda "Qarabağ" öz meydanında "Çelsi" ilə 2-2 bərabərə qalaraq xallarını 7-ə çatdırdı. Oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları deyib:
"Məni sevindirdi, çünki bir neçə gündən sonra bizim üçün tarixi gündür. Oyunçularıma döyüşçü deyirəm, onlar axıra qədər döyüşdülər. Azərbaycanlıya xas bir xarakter göstərdilər. İngilis klublarına qarşı ilk xalımızdır. Bu nəticələr bizə inam verir, ölkəmizə futbolu sevdirir. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Digər klublar bizi gözləyir ki, 3 xal qazansınlar. Amma biz döyüşəcəyik".
Kadinin sağ cinaha keçməsi ilə bağlı:
"Biz oyuna görə belə bir addım atdıq"
"2 xal itirdik?" sualına Qurban Qurbanovdan cavab:
"Xeyr, əgər bizim xallarımızın üzərinə xal gəlibsə, bunu qazanmış kimi sayıram".
"Enzo yerində durmadı, siz necə sakit durduz?" sualı türkiyəli şərhçi Ertem Şenerdən gəldi:
"Bilmirəm, bəlkə xarakterimə görədir. Nə var odur".
10 nəfərlə "Çelsi"yə qol vurması ilə bağlı:
"10 nəfərlə qol vurduq. Rəqib o dəqiqələrdə bir az diqqətsiz oldu. Rəqib 10 nəfər də qaldı. Olur belə şeylər".
2017-ci ildəki qarşılaşma ilə fərqlər:
"İlk gündən demişdim ki, 2017-ci ildəki vaxtdan fərqliyik. Daha çox təcrübə toplayıblar. Çox futbolçumuz ilk dəfədir belə böyük oyunlarda oynayırlar. İlk öncə narahatçılığım var idi, amma şükürlər olsun ki, kollektiv kimi mübarizə apara bilərik. İlk oyundan məndə inam var idi"
Oyundan sonra Mareska ilə xırda konflikt haqqında:
"Mareska çox sadə oğlandır. İnanmıram onda bizdə kin olsun".
Hər il Avropada çıxış etməsi ilə bağlı:
"Məni narahat edən məqam odur ki, biz də uduzsaq, yanvarda Avroapda kim olacaq?"
"Qarabağ"da qalıb Ferquson olmaq istəyirsinizmi sualına Qurban Qurbanovdan maraqlı cavab:
"Anam məni dünyaya Qurban Qurbanov kimi gətirib. Elə Qurban Qurbanov kimi də qalmaq istəyirəm".