Qurban Qurbanov: "Futbolda elə bir qayda yoxdur ki, həmişə udmalisan"
Qurban Qurbanov UEFA Avropa Liqasının 6-cı turunda qarşılaşdığı "Elfsborq" matçından sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, yerli mütəxəssis bu nəticələrə nikbin baxıb:
Jurnalist: "Əvvəlki mövsümlərdən fərqli olaraq komandanız uğursuz çıxış edir. Bu nisbi uğursuzluğun səbəbi nədədir?"
Qurban Qurbanov: "Əlbəttə, xeyli məğlubiyyətimiz oldu və hər məğlubiyyət bir uğursuzluqdur. Amma çox da bu haqda düşünmək lazım deyil. Pozitiv düşünərək irəliyə baxmaq lazımdır. Əgər biz qruplarda iştirak etməsəydik, bunu böyük uğursuzluq adlandırmaq olardı. Bu da ola bilər. Bu gün böyük komandalarda da uğursuzluqlar görürük. Bu, futbolun silinməyən qanunlarından biridir.
Futbolda elə bir qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan, daha yaxşısını etməlisən. Biz daha yaxşısını etmək üçün çalışırıq. Amma bəzən klubun, futbolçunun yorulmuş halları olur. Hər bir uğursuzluqdan sonra komanda daha da formalaşır, möhkəmlənir. Hər birinizi başa düşürəm. Bir şeyi bilin ki, biz uğur əldə etməyi ürəkdən istəyirik. Sadəcə bəzən alınmır. Ona görə də biz belə hallara hazır olmalı, pozitiv düşünməliyik".
© Copyright 2026, All Rights Reserved