Qurban Qurbanov makedoniyalı jurnalisti qonaq çağırdı

Qurban Qurbanovdan Şimali Makedoniyalı jurnalistə jest – “Bakıya dəvət edirəm”.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Şkendiya” – “Qarabağ” (0:1) oyunundan sonra maraqlı an yaşanıb.
Matçdan sonra təşkil olunan mətbuat konfransında Şimali Makedoniyalı jurnalistlərdən biri Qurban Qurbanovu ardıcıl 12-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmağa çox yaxın olması münasibətilə təbrik edib.
Təcrübəli baş məşqçi isə bu jestə minnətdarlığını ifadə edərək jurnalisti Bakıya dəvət edib:
“Bizə verdiyiniz dəyərə və hörmətinizə görə təşəkkür edirəm. İmkanınız olarsa, sizi Bakıya dəvət edirəm. Gəlin, qonağımız olun”, – deyə Qurbanov bildirib.
Xatırlatma: “Qarabağ” – “Şkendiya” arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved