Qurban Qurbanovdan qərar - Mətbuat konfransı Bakıda olacaq
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" ilə keçirəcəyi cavab oyunu öncəsi mətbuat konfransı və media üçün açıq məşqi Bakıda təşkil edəcək.
90plus.az xəbər verir ki, açıq məşq fevralın 22-də saat 20:15-də baş tutacaq, baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə bir gün sonra, saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Qeyd: Cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə, Sent Ceyms Park stadionunda Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk oyunda rəqib 6:1 hesabı ilə qalib gəlib.
© Copyright 2026, All Rights Reserved