Qvardiola 100 milyonluq Rodriqonu istəyir

“Mançester Siti” Rodriqo transferini gündəminə gətirib.
90plus.az xəbər verir ki, “Mançester Siti”də baş verəcək ayrılıqlardan sonra klub rəhbərliyi “Real Madrid”in hücumçusu Rodriqonun transferini nəzərdən keçirir. Fabrizio Romanonun məlumatına görə, artıq Cek Qriliş komandadan ayrılıb, yaxın zamanda Makti və Savinyunun da gedişi gözlənilir.
Pep Qvardiola braziliyalı futbolçunun böyük pərəstişkarıdır və onu “xəyaldakı transfer” kimi görür. “Real Madrid” isə Rodriqo ayrılmaq istəsə, onun gedişinə mane olmayacaq. Lakin hazırda oyunçu Madriddə xoşbəxtdir və bu keçidin baş tutması çətin görünür.
Madrid klubu 23 yaşlı hücumçu üçün təxminən 100 milyon avro tələb edir.
© Copyright 2025, All Rights Reserved