Qvardiola “Arsenal”dan danışdı
“Arsenal” Avropanın ən yaxşısıdır” – Pep Qvardiola rəqibini təriflədi.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Arsenal” haqqında olduqca iddialı açıqlama verib.
İspan mütəxəssis London təmsilçisini hazırda Avropanın ən güclü komandası hesab etdiyini bildirib:
“Onları bir dəfə məğlub etmək belə çox çətindir… təsəvvür edin ki, bir neçə həftə ərzində bunu iki dəfə etməlisiniz.
Biz dincəlməli, hazırlaşmalı və vəziyyəti dərindən analiz etməliyik.
“Arsenal”a böyük hörmətim var. Son iki-üç ildə etdikləri iş inanılmazdır — məşqçi, oyunçular və heyətin keyfiyyəti çox yüksəkdir.
Onların istənilən şəraitdə rəqabətədavamlı qalmaq bacarığı o deməkdir ki, biz psixoloji cəhətdən maksimum hazır olmalıyıq.
Onlar 49 oyun keçirib və cəmi 3 dəfə məğlub olublar. Çempionlar Liqasında isə məğlubiyyətləri yoxdur — demək olar ki, bütün oyunları qazanıblar, yalnız bir heç-heçə ediblər”.
Qvardioladan maraqlı “günəş” açıqlaması
Pep Qvardiola həmçinin “Mançester Siti”nin mövsümün sonlarına doğru güclü çıxış etməsinin səbəbini zarafatla hava şəraiti ilə əlaqələndirib:
“Mançesterdə heç vaxt günəş olmur. Əgər noyabrda günəş olsaydı, biz yanvarda Premyer Liqa çempionu olardıq. Bu, həqiqətən günəşdir. Əhval-ruhiyyə daha yaxşı olur!”
Qeyd: Hazırda Premyer Liqada lider “Arsenal”dır. London klubu 70 xalla zirvədə qərarlaşıb. “Mançester Siti” isə 64 xalla ikinci pillədə yer alır. Mövsümün həlledici mərhələsinə daxil olunarkən iki komanda arasındakı rəqabət daha da gərginləşir. Aprelin 19-da "Mançester Siti - Arsenal" oyunu maraqlı olacaq.
© Copyright 2026, All Rights Reserved