Qvardiola: "Mourinyonu indi daha yaxşı başa düşürəm"
Pep Qvardiola "Çelsi" ilə matçdan sonra maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının cari turunda "Çelsi"ni öz meydanında məğlub edən "Man Siti" 41 xalla 4-cü pilləyə yüksəlib. Oyundan sonra "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola jurnalistlərin qabağına çıxıb:
"Bu mövsümü ilk "4-lük"də bitirmək klub üçün çempion olmağa bərabər olacaq.
Vaxtilə Joze Mourinyo "Mançester Yunayted" klubunu ikinci etməsini karyerasının ən böyük uğuru adlandırmışdı. Onu indi çox yaxşı başa düşürəm".
© Copyright 2026, All Rights Reserved