Qvardiola: "Real" layiqli qələbə qazandı"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Real Madrid"ə məğlub olaraq turnirdən kənar qalmaları barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyundan sonra bu sözləri deyib:
""Real Madrid"i layiqli qələbə münasibətilə təbrik edirəm. Onlar doğrudan da bizdən üstün oynadılar. Müdafiədə buraxılan səhv ilk qolun vurulmasına səbəb oldu və bu, matçın taleyini dəyişdi. İndi diqqətimizi ölkə çempionatında daha yaxşı nəticə əldə etməyə yönəltməliyik".
Qeyd: "Mançester Siti" ilk oyunda "Real"a 2:3 hesabı ilə məğlub olmuşdu. Cavab qarşılaşmasında isə Madrid təmsilçisi daha inamlı qələbə qazanaraq 3:1 hesabı ilə qalib gəldi. Beləliklə, "şəhərlilər" avrokubokla vidalaşdı.
Hazırda Qvardiolanın komandası İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved