Qvardiola: “Şerkidən çox məmnunam”
Qvardiola Rayan Şerki barədə danışdı: “Onun həvəsi məni çox təəccübləndirdi”.
90plus.az xəbər verir ki, "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun gənc futbolçusu Rayan Şerki ilə bağlı maraqlı açıqlama verib. İspan mütəxəssis futbolçunun komanda üçün oynamaq istəyi və meydandakı təsirindən məmnun qaldığını bildirib.
Qvardiola qeyd edib ki, Şerki ehtiyatda qalanda narazı olur və daha çox kömək etmək istəyir:
“Onun oynamadığı zaman əsəbiləşməsi məni çox təəccübləndirdi. Çünki o, komandaya kömək etmək istəyir.”
Baş məşqçi həmçinin futbolçunun Premyer Liqadakı ilk mövsümündə göstərdiyi performansı yüksək qiymətləndirib:
“Onun ilk mövsümündə – qol və məhsuldar ötürmələr baxımından – təsiri çox böyükdür. O, 10, 15 və ya 20 dəqiqə oynasa belə, hər dəfə nəsə yaradır, komandaya nəsə gətirir.”
Qvardiola yeni transferlər və komanda daxilindəki rəqabət fonunda Şerkidən razı olduğunu da əlavə edib:
“Bu qədər yeni futbolçunun olduğu bir mövsümdə onun göstərdiyi performansdan çox məmnunam.”
Mətbuat konfransı: “Çelsi” – “Mançester Siti” oyunu öncəsi
Qeyd: Bu gün saat 19:30-da Premyer Liqada mərkəzi görüşlərdən biri baş tutacaq. “Çelsi” öz meydanında “Mançester Siti”ni qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved