Qvardioladan futbolçulara ayrılıq mesajı iddiası
Qvardiola “Mançester Siti”dən ayrılır? – Futbolçulara qərarını açıqladı.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandadan ayrıla bilər.
Bu barədə “The Sun” nəşri məlumat yayıb. İddiaya görə, ispaniyalı mütəxəssis bazar günü keçiriləcək son tur qarşılaşmasının onun “Etihad”dakı son oyunu olacağını futbolçulara bildirib.
Mənbənin yazdığına görə, Qvardiola gecə saatlarında komanda üzvlərinə mesaj göndərərək qərarını açıqlayıb. Futbolçuların isə bu xəbərə görə şok yaşadığı qeyd olunub.
Bundan əlavə, təcrübəli çalışdırıcının ayrılıq qərarının rəsmi açıqlamadan əvvəl mediaya sızdırılmasına görə qəzəbli olduğu bildirilir.
Hələlik nə “Mançester Siti”, nə də Qvardiolanın özü məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
© Copyright 2026, All Rights Reserved