Rafa Leao “Bayern Münhen”ə doğru

“Bayern Münhen” Rafael Leao ilə bağlı daxili müzakirələr aparıb – hələlik təklif yoxdur.
90plus.az xəbər verir ki, “Bayern Münhen” yay transfer planları çərçivəsində Rafael Leao ilə bağlı məsələyə yenidən qayıdıb. Məlumata görə, klub rəhbərliyi portuqaliyalı futbolçunu cinah üçün mümkün variant kimi bu həftə daxilində bir daha müzakirə edib.
Tanınmış jurnalist Fabrisio Romano xəbər verir ki, hazırda nə “Milan”la danışıqlar var, nə də konkret təklif göndərilib. Münhen təmsilçisi bu mərhələdə vəziyyəti sadəcə daxili şəkildə qiymətləndirir.
Alman nəhəngi cinah xəttini gücləndirmək üçün ilk növbədə “Barselona”nın Niko Uilyamsla razılığa gəlib-gəlməyəcəyini gözləyəcək. Əgər bu transfer baş tutmazsa, “Bayern” Leao, Bredli Barkola və digər alternativlərin üzərində yenidən dayanacaq.
Xatırlatma: Rafael Leao 2024/25 mövsümündə “Milan”ın heyətində əsas oyunçulardan biri olub və Avropanın bir çox aparıcı klublarının diqqət mərkəzindədir.
© Copyright 2025, All Rights Reserved